Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu doğum günü münasibətilə Üzeyir Hacıbəyliyə həsr olunmuş ingilis dilində qısa film hazırlayıb. Bu barədə Konsulluq 18 sentyabr tarixində Trend-ə xəbər verib.
Filmdə bəstəkarın həyatı və yaradıcılığı nümayiş olunub, “Leyli və Məcnun”, “Arşın Mal Alan” əsərləri haqqında məlumat verilib. Həmçinin Ermənistan tərəfindən Şuşanın işğal edildiyi və Ü. Hacıbəylinin ev muzeyinin dağıdıldığı da vurğulanıb. Lentdə Azərbaycanın 28 il sonra Şuşanı işğaldan azad edərək bəstəkarın ev muzeyinin bərpa olunduğu qeyd olunub.
Los-Anceles meri 2015-ci ildə 18 sentyabr tarixini bəstəkarın anım günü kimi elan edib və bununla bağlı bəyannamə imzalayıb.
Baş Konsulluq 2019-cu ildən etibarən ümumilikdə Azərbaycan haqqında 27 film hazırlayıb.