Bu gün, yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusu tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.