Azərbaycan Ordusu tərəfindən Qırmızı Bazar istiqamətində atəş açılması və nəticədə avtomobilin yanması barədə məlumat yalandır. Bu barədə yanvarın 10-da Müdafiə Nazirliyi məlumat yayıb.
“Ordumuz mülki əhalini və obyektləri atəşə tutmayıb. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”, - deyə əlavə olunub.