Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev saxlanılıb. Bu barədə 10 mart tarixində APA məlumat yayıb.
O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Həmin şəxs 2 il əvvəl vəzifəsindən azad edilib.
Bundan əvvəl, adıçəkilən qurumun Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov da həbs edilmişdir.