Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanovun apellyasiya şikayəti təmin edilməyib. Bu barədə martın 9-da APA məlumat yayıb.
Belə ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Sözügedən şəxs “xüsusilə külli miqdarda mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və digər maddələrlə ittiham edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.