“Peşəkar” layihəsi çərçivəsində həyata keçirilən “Mühafizəçi” kursunun ilk qrupunu bitirən şəxslər iş fəaliyyətinə başlayıb. Bu baradə Dövlət Məşğulluq Agentliyi 10 sentyabr tarixində məlumat yayıb.
Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, boyu 170 sm-dən yuxarı, minimum orta təhsilli kişi namizədlər kursa müraciət edə bilərlər.
“Mühafizəçi” kurslarına Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxslər qatıla bilərlər. Layihəyə qoşulmaq üçün Ərazi Məşğulluq filiallarında və “DOST” Mərkəzlərində qeydiyyatdan keçmək olar.
Təlim müddətində iştirakçılara ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Kursu uğurla bitirən şəxslər işlə təmin olunacaqlar.