Birinci Qarabağ müharibəsi iştirakçısına qarşı 16 min manat məbləğində dələduzluq edilib. Bu haqda yanvarın 6-da APA məlumat verib.
2018-ci ildə bir nəfər özünü yüksək vəzifədə işləyən şəxs kimi təqdim edərək müharibə iştirakçısına əlillik dərəcəsinin verilməsinə köməklik göstərəcəyini yalandan vəd edib.
İş üzrə toplanmış sübutlar əsasında “xeyli miqdarda ziyan vurmaqla dələduzluq” və “rüşvət verməyə təhrikçilik” maddələri ilə yekun ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.