2021-ci ildə Azərbaycanda məhkumlar tərəfindən 2,5 milyon manat maddi ziyan ödənilib. Bu barədə martın 10-da Report xəbər paylaşıb.
Məlumata görə, 4,6 min şəxs cəzaçəkmə müəssisələrində ictimai faydalı əməyə cəlb edilib. Bununla da, onlar cinayət nəticəsində vurulan 2,5 milyon manat maddi ziyanı ödəyiblər.