Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyənlər üçün eksternat qaydasında imtahan keçirilib. Bu barədə yanvarın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
7 yanvar tarixində keçirilmiş imtahanda 13 şagird iştirak edib. Onlar hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdiriblər.
Nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Qiymətləndirmədən uğurla keçənlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də keçən şagirdlər məktəbi 1,5 il əvvəl bitirə bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur.