Məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə vakansiya seçimi mərhələsi başlayıb. Bu baradə Bakı Şəhəri üzrə Təhsil İdarəsi sentyabrın 10-da elan edib.
Müraciətlər bugündən 14 sentyabr saat 10:00-dək qəbul olunacaq.
Namizədlər portaldakı şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
İştirakçılar şəxsi kabinetlərində müsahibə mərhələsinin nəticələri ilə də tanış ola bilərlər.