Azərbaycanda orta məktəblərdə mövsümi xəstəliklərlə bağlı monitorinqlər həyata keçirilir. Bu barədə yanvarın 13-də Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, təhsil müəssisələrində davamiyyətlə bağlı ümumi vəziyyət qənaətbəxşdir.
Son zamanlar uşaqlar arasında virus xəstəliklərinin artımı müşahidə olunur. Həkimin sözlərinə görə, yayılan virus adi qrip – “influenza” virusunun A və ya B ştamıdır.