Bakı Ağır Cinayətlər Məhkəməsində “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunmuş 38 yaşlı şəxsə hökm oxunub. Bu barədə dekabrın 18-də Report məlumat verib.
Hökmə əsasən, saxlanılan şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, o, 2021-ci ilin 13 avqust tarixində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında 43 yaşlı tanışını bıçaqlayıb. Yaralı almış xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Hadisə onların arasında yaranmış münaqişə nəticəsində baş verib.
Azərbaycanda 2021-ci ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi baş verib. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edib.