Oktyabrın 16-da Bakı şəhər sakini Ağstafa sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsədiyinə görə saxlanılıb. Bu barədə DİN məlumat verib.
Saxlanılan şəxs rayona gələrək Ağstafa sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun çıxarılmasına görə 2 min manat pul alıb. O, ümumilikdə 4 min manatı dələduzluq yolu ilə mənimsəyib.
Bir neçə ay sonra üçüncü dəfə rayona gələn “falçı” polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.