Dekabrın 9-da marketlərdən birində “E-Manat” ödəmə terminalından 1 011 manat, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Qeyd edək ki, bu şəxs əvvəllər də ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanılıb və məhkum edilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat versinlər.