Bakıda 47 yaşlı kişi qətlə yetirilib. Bu barədə 4 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə aprelin 2-si saat 11 radələrində baş verib. Sabunçu rayonunun Maştağa qəsəbəsində 1975-ci il təvəllüdlü kişi ölüb.
Bildirilib ki, sözügedən qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü şəxs mübahisə zamanı 47 yaşlı kişiyə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.