Magistratura pilləsi üzrə ikili diplom almaq istəyənlər üçün fevralda imtahan keçiriləcək. Bu barədə yanvarın 11-də Təhsil Nazirliyi məlumat verib.
Dövlət Proqramı çərçivəsində ümumilikdə dörd ikili diplom proqramı mövcuddur. Bunlardan ikisi ali təhsilin magistratura səviyyəsinə aiddir:
- Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında "Təhsil və insan kapitalının inkişafı" proqramı;
- ADA Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında "Kompüter elmləri və verilənlərin təhlili” və “Elektrik və elektroenergetika" proqramları.
Proqrama qəbul olmaq istəyən abituriyentlər magistratura imtahanının birinci mərhələsində iştirak etməlidirlər.