Lənkəranda külli miqdarda mənimsəmədə təqsirləndirilən “OBA Market”in sabiq administratoru Şahbuz Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə aprelin 28-də APA məlumat yayıb.
Marketlər şəbəkəsinin “Lənkəran 3” filialında 2017-2018-ci illərdə administratoru işləmiş 33 yaşlı Ş.Novruzov həmin müddətdə 52 min manat dəyərində mal mənimsəyib.
Faktla bağlı “mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla” maddəsilə cinayət işi açılıb.