Martın 24-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.
Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq.
Rayonlarda arabir yağıntı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə intensiv ola bilər. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.