Bakı şəhərində avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər nəticəsində maskalardan istifadə etməyən şəxslər saxlanılıb. Bu haqda DİN noyabrın 30-da məlumat verib.
Polis tərəfindən vətəndaşlarla profilaktik söhbətlər aparılıb. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb, onlar barəsində qanunauyğun tədbir görülüb.