Mayın 1-dən Azərbaycanda tibbi maska tələbi ləğv edilir. Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Eyni zamanda, Azərbaycan beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir. Xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.
Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, payızda yoluxma sayı artmasa, pandemiyanın sonu elan edilə bilər.