Mayın 3-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək.
Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 10-15°, gündüz 19-24°, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacaq.