Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 12-14°, gündüz 18-20° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaq.