“Melissa Park” şirkəti tərəfindən özbaşınalıq edildiyi iddia olunur.

Bu barədə İnsanoid.com-un redaksiyasına Yasamal rayonu, Alatava 1, Abdulvahab Salamzadə küçəsi, ev 118B ünvanında yaşayan sakinlərdən şikayət daxil olub.

Bildirilir ki, Bakının Yasamal rayonunda yaşayış olan mənzillər “Melissa Park” tərəfindən sökülür:

“Acınacaqlı vəziyyətdəyik. Mənzillərdə insanlar ola-ola evləri sökürlər. Heç bir kompensasiya ödənilməyib. Bununla bağlı hər hansısa bir məlumat da əvvəlcədən bizə verilməyib. Çıxılmaz vəziyyətdə qalmışıq”.

Bakuplus.az qarşı tərəfin mövqeyini öyrənməyə çalışsa da, zənglər cavabsız qaldı. Məsələ ilə bağlı “Melissa Park”ın mövqeyini işıqlandırmağa hazırıq.

Nəzrin Vahid