Bakının Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro City” ticarət mərkəzində yanğın başlayıb. Bu barədə oktyabrın 16-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları cəlb edilib.