Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın 300 m² ərazini əhatə edib. Hazırda soyutma işləri aparılır.
FHN-nin əməkdaşının sözlərinə görə, yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunmuşdur.
09:57
***
Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.
Apa-nın verdiyi məlumata görə, yanğın telefon satışı dükanlarında və aptekdə başlayıb.
Hazırda yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb edilib. Yanğının söndürülməsi istiqamətində Qərargah yaradılıb. Ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.
Baş verən yanğınla əlaqədar F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə, Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Həmin ərazidən keçən 5, 24, M8 və 202 marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklər olub və bununla bağlı gecikmələr müşahidə olunur.
[playlist type="video" ids="10218"]
[URIS id=10245]