Ötən gün, aprelin 27-də “20 Yanvar” metro stansiyasında platformadan relslərin üzərinə düşüb tunel istiqamətinə qaçan qızlar “TikTok” çəkirmiş. Bu haqda aprelin 28-də Baku Tv məlumat paylaşıb.
Onlar videogörüntülər çəkmək üçün qatarın yaxınlaşdığı anda tunelə qaçıblar. Lakin qızlar dərhal saxlanılaraq Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.
Hazırda iki bacı sərbəst buraxılıb.