Universitetə gedərkən metroda ürək tutmasından dünyasını dəyişmiş Bakı Dövlət Universitetinin müəllimi Əhməd Babayevin pulu oğurlanıb. Bu barədə dekabrın 13-də mərhumun qohumu sosial şəbəkədə məlumat paylaşıb.
“O, ömründə rüşvət almayıb. Fürsətdən istifadə edərək cibindən pul çıxaran adamlar başa düşürlərmi ki, biz onu geri qaytarmaq üçün 100 qat artıq verməyə hazırıq”, - deyə paylaşımda bildirilib.
Hadisə dekabrın 9-u səhər saat 08:10-da metronun “28 May” stansiyasında baş verib. BDU-nun Analitik kimya kafedrasının baş müəllimi, 72 yaşlı Əhməd Babayev 65-dən çox elmi məqalənin və iki dərs vəsaitinin müəllifidir. O, 1978-ci ildən universitetdə çalışıb.