İstismar müddəti bitmiş qaz sayğacları dəyişdirilərkən abonentlərin istəyi nəzərə alınır. Bu barədə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev oktyabrın 27-də məlumat verib.
Onun sözlərinə görə, abonent mexaniki qaz sayğacının quraşdırılmasından imtina edə bilər.
"Mexaniki sayğacların quraşdırılması abonentlər üçün məcburi deyil. Kifayət qədər yeni Smart sayğaclarımız var. Onlar dəyişdirildikdə abonentin istəyi ilə Smart sayğac quraşdırıla bilər", - deyə direktor qeyd edib.
Azərbaycanda məişət qaz sayğacları beş ildən bir yoxlanılır. Bu vaxt bitdikdən sonra qeyd olunan sayğacların dəyişdirilməsi təşkil edilməlidir.