İmişlinin Oruclu kəndində 50 yaşlı qadın intihara cəhd edib. Bu barədə martın 11-də Report xəbər paylaşıb.
Məlumata görə, qadın özünü kəndirlə asaraq intihar etmək istəyib. Lakin yaxınları onu xilas ediblər.
Xəstəxanada ona boğaz nahiyəsinin hematoması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.