İmişlidə bibisi oğlunun qətlində təqsirləndirilən şəxsin işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda yanvarın 5-də Report məlumat verib.
Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Daha öncə, 2021-ci ilin 18 sentyabr tarixində İmişlinin Çaxırlı kəndində 28 yaşlı şəxs 33 yaşlı bibisi oğlunu aralarında yaranan mübahisə zamanı bıçaqlayaraq öldürüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.