Milli Məclisin deputatı Tahir Kərimli kreditlərin illik faiz dərəcəsini 20%-dən 5-6%-ə endirməyi təklif edib. Bu barədə aprelin 26-da Report xəbər verib.
“İnsanlar qazandıqlarının hamısını banka verir. Bank borcları, onların faizləri bu gün əsas problemdir”, - deyə o bildirib.
Həmçinin millət vəkili yerli bankların tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.