Xaricdə vəfat etmiş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşib. Bu barədə bugün, dekabrın 20-də Milli Məclis qərar qəbul edib.
Belə ki, vətəndaşın xarici ölkədə öldüyü və bunun həmin ölkənin səlahiyyətli orqanlarında qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən aparılacaq.
Bununla yanaşı, valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik edilib.
Yeni maddəyə əsasən, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq, məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.