Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə dekabrın 21-də APA məlumat yayıb.
Yanğın yerinə baxış zamanı 1940-cı il təvəllüdlü şəxsin meyiti tapılıb. Hadisə zamanı bir neçə bina sakininin tüstüdən zəhərləndiyi bildirilir. Bina sakinləri təxliyə olunub.