Martın 30-u gecə saat 03:00 radələrində Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində 33 yaşlı sakin bıçaqlanıb. Bu barədə “Azerbaijan 7/24” telegram kanalı xəbər paylaşıb.
O, mübahisə və münaqişə zəminində kürək nayihəsindən bıçaq zərbəsi alıb. İlkin məlumata görə, insident qadın məsələsi üstündə baş verib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun ağ ciyərlərinin də yaralandığı bildirilib.