Noyabrın 18-də Mingəçevirdə məktəblinin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu haqda Mingəçevir Şəhər prokurorluğu məlumat verib.
Aparılmış araşdırmalar zamanı məlum olub ki, 15 yaşlı məktəbli şəxsi münasibətlər zəminində “Makarov” tipli tapança ilə 5 dəfə atəş açılaraq öldürülüb.
Şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılıb. Ona “qəsdən adam öldürmə”, “qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə” maddələri ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.