Mingəçevir sakini narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılıb. Bu barədə dekabrın 7-də DİN məlumat verib.
Şübhəli bilinən şəxsin üzərinə və onun “Ford” markalı avtomobilinə keçirilən baxış zamanı şprislər və xeyli miqdarda heroin aşkar edilib.
Məlumata əsasən, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkum olunmuşdur.
Faktla bağlı araşdırma davam edir.