Azərbaycanda minimum pensiyanın məbləği 240 manata qaldırılır. Bunu noyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında bildirib.
Hazırda minimum pensiyanın məbləği 200 manatdır. Beləliklə, minimum pensiyanın məbləğində 20 % artım nəzərdə tutulur.