Şəmkir rayonunun Seyfəli kəndində ölümlə nəticələnən yol qəzası olub. Bu haqda yanvarın 31-də DİN APA-ya məlumat verib.
Yanvarın 30-da saat 19:00 radələrində Gəncə sakininin idarə etdiyi “Murovey” markalı motosiklet yolun kənarında dayanmış “Hyundai” markalı avtomobili vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.