top
MMA döyüş növü üzrə məşqçi: “Yayılan videogörüntülərdə məqsədim uşağı incitmək olmayıb” – ÖZƏL MÜSAHİBƏ
18 oktyabr 2024, 07:25
- ↺ +

MMA döyüş növü üzrə məşqçi: “Yayılan videogörüntülərdə məqsədim uşağı incitmək olmayıb” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət öncə sosial şəbəkələrdə azyaşlı tələbəsini təkidlə məşqi davam etdirməyə sövq edən məşqçinin görüntüləri yayılıb. Kiçik yaşlı döyüşmək istəmədiyini deyir, lakin ustadı onu razı salmağa çalışır. Həmin görüntülər geniş müzakirələrə səbəb olub. Məşqçiyə bəraət qazandıranlarla yanaşı, onu qınayanlar, səhv etdiyini deyənlər də az deyildi.

BakuPlus.az-ın əməkdaşı həmin videogörüntülərdə yer alan MMA (qarışıq döyüş sənəti) döyüş növü üzrə məşqçi Sultan Tağızadə ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Sultan bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– Mən, Sultan Rəfail oğlu Tağızadə, 1997-ci ilin avqustun 28-də Astara şəhərində dünyaya göz açmışam.

– Necə oldu ki MMA ilə məşğul olmaq qərarına gəldiniz? Uşaqlıqdan marağınız olub?

– 7-8 yaşlarında idmana böyük həvəsim var idi. Özüm üçün ev şəraitində məşqlər edirdim. İlk müəllimim Fariz Mirzəyev olub. Az yaşlarımdan nəticələr verməyə başladım, bir çox nailiyyətlər əldə etdim. Daha sonra hərbi xidmətə yollandım. Xidmətdən qayıtdıqdan sonra davam etdim. Respublika və Beynəlxalq miqyaslı yarışlarda mükafat qazandım. 2017-ci ilin sonlarında maddi problemlərim çox olduğuna görə idmandan uzaqlaşdım.

– Məşqçilik fəaliyyəti ilə neçə ildir məşğulsunuz?

–  Uzun aradan sonra, 2023-cü il oktyabrın 2-də Arif Nəzərovun təşəbbüsü ilə idmana yenidən qayıtdım. Həmin zaman “Xarıbülbül Fight Club”unu yaratdım. Klub yaranandan bu günə qədər Arif Nəzərov və Murad Adıgözəlov heç bir dəstəyini məndən əsirgəməyib.

Adını “Xarıbülbül” qoymaqda məqsədim İkinci Qarabağ müharibəsinin rəmzi olan Xarıbülbüldür. Məramım gələcək nəsil üçün döyüş ruhlu, vətənpərvər və öz vətəninə, millətinə sevgisi olan gənclər yetişdirməkdir. Hazırda bir ildir ki, məşqçilik fəaliyyəti göstərirəm.

– Sosial şəbəkələrdə Əli Mehdiyev adlı tələbənizlə olan videonuzu gördük. O, döyüşmək istəmədiyini deyir. Siz isə onu razı salmağa çalışırsınız. Döyüşmək istəməyən tələbələrinizi ümumiyyətlə necə yola gətirirsiniz?

– Video sosial şəbəkədə məşhurlaşdığı vaxtda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi o görüntülər barədə bizdən ətraflı məlumat alıb. Reytinq xətrinə paylaşım edən bloqerlər və səhifələr kütləyə yanlış informasiya verərək, bilib-bilmədən məsələyə müdaxilə edirlər. Hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, bəyənmə və izlənməyə görə paylaşım edən insanlara aldanmasınlar.

Sosial şəbəkədə “Qara Əli” təxəllüsü ilə tanınan Əli Mehdiyev yaşının az olmasına baxmayaraq qabiliyyətli uşaqdır. Onun gələcəyi var. Əli istedadlı olsa da, özgüvənsizliyi onu bu gələcəkdən uzaq saxlayır. Bu səbəbdən də təkid, inad və ən əsası – valideyninin razılığı ilə Əlini döyüş meydanına sövq elədim.

Bir çoxlarının qınaq səbəbinə çevrilməyim Əlinin orada ağlamağı olub. Bəzi insanlar bilib-bilmədən məni mühakimə və ittiham etdilər. Mənim orada məqsədim uşağı incitmək yox, içində olan qorxu hissinə qalib gəlib, özgüvənini bərpa etmək olub. Şükürlər olsun, Əli Mehdiyev məşq proqramlarında bir çox uşaqlardan fərqlənərək daha həvəsli və məqsədyönlü çalışır.

 

– Daha çox hansı yaş kateqoriyasından olanlarla çalışırsınız? Kiçik yaşlı uşaqlar daha çoxmu üstünlük təşkil edir? Qızlara məşq keçirsiniz?

– Zalımızda 5-dən 37 yaşa qədər olan tələbələrimiz var. Qız və oğlan idmançılara məşq keçirilir.

– Məşqçi öz tələbəsinə necə yanaşmalıdır?

– Məşqçi ilk növbədə hər bir uşağın psixologiyasını əzbərləməli, pedaqoq kimi rəftar etməlidir. Çünki eyni yaşda olan uşaqların psixologiyaları fərqli ola bilir.

– Peşəkar döyüşçü olmaq üçün nələr etmək lazımdır?

– Peşəkar idmançı olmaq üçün ilk növbədə qarşına məqsəd qoymalısan. Bu məqsəddən əlavə olaraq mənəvi dəstək, ailədaxili dəstəyin olması insanda böyük ruh yüksəkliyi yaradır və o, məqsədinə daha əmin addımlarla irəliləyir. Bir sözlə, idmanda məğlub olub və məğlub etmək kimi bir qayda var.

– Tələbələrinizə ən çox nələri öyrədirsiniz?

– Döyüşləri qazandıqda arxayınlaşıb, məşqləri axsatmaq olmaz. Çünki daha artığını etmək üçün çox məşq etmək lazımdır. Məğlub olduqda isə məşqlərdən küsüb, məşqləri azaltmaq olmaz. Daha yaxşısını etmək üçün məğlubiyyəti həzm edib, birə on məşq etmək lazımdır. Allah nəsib edər, zalımızdan dünya və Avropa çempionu titulunu qazanan idmançı da çıxar.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Dünən, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Dünən, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Dünən, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Dünən, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Dünən, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Dünən, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Dünən, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Dünən, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Dünən, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Dünən, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Dünən, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Dünən, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Dünən, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Dünən, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Dünən, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Dünən, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər