“İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydası oktyabrın 25-də açıqlanıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Report"a məlumat verib.
Məlumata əsasən, “İmmunitet sertifikatı"nı aldıqdan 6 ay sonra həmin şəxslər 56 gün ərzində buster doza vurdura bilərlər. Buster dozanı vurdurmaqla vətəndaşın “İmmunitet sertifikatı" müddətsiz olur.
Əgər buster dozanı vurdurmaq üçün tələb olunan vaxt keçərsə, o zaman “Peyvənd sertifikatı" əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Vətəndaşlar 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilərlər.
Azərbaycanda “buster” dozanın vurulması avqust ayından başlanılıb.
Vətəndaşlar vaksinasiyadan keçmək üçün randevu.its.gov.az portalı üzrə növbə götürməlidirlər.