Martın 8-i günorta saatlarından martın 9-u səhərədək Azərbaycan Ordusunun Xocalı və Goranboy rayonlarında yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən açılıb. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir.
“Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə əlavə olunub.
Qeyd olunub ki, Azərbaycan Ordusu mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.