Yolu azaraq Ermənistana keçən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu dekabrın 20-də geri qaytarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbiçisi əsgər Hüseynov Teymur və əsgər Mustafayev Murad dekabrın 18-də əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.
2021-ci ilin dekabrın 19-da isə Azərbaycan 10 erməni əsilli hərbçini Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistana təhvil verib. Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan tərəfindən Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.