Dünən, yanvarın 5-də Azərbaycan Ordusunun hərbi maşını qəzaya uğrayıb. Nəticədə 2 nəfər xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hadisə saat 17:40-da qeydə alınıb. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hərbi qulluqçular çavuş Ceyhun Abdullayev və əsgər Süleyman Həsənzadə yüngül xəsarətlər alıblar.
Bildirilib ki, hər iki hərbçinin həyatları üçün heç bir təhlükə yoxdur.