Noyabrın 15-i saat 16:15-dən başlayaraq noyabrın 16-sı saat 04:30-dək Ermənistan Basarkeçər, Şəmşəddin və Çəmbərək rayonlarında yerləşən mövqelərdən Kəlbəcər, Gədəbəy, Tovuz və Ağstafa rayonları istiqamətində yerləşən Azərbaycan mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Azərbaycan Ordusu cavab tədbirləri görüb.
Məlumata əsasən, hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Daha öncə, noyabrın 15-də gecə saatlarından etibarən Ermənistan Basarkeçər rayonundan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutmuşdur. Bundan başqa yol işləri aparan traktorumuz və 2 ədəd KamAZ markalı avtomobil də atəşə məruz qalmışdır.