Avqustun 15-i Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həlak olan və yaralanan yoxdur. Bu barədə Müdafiə Nazirliyi avqustun 16-sı məlumat verib.
Həmçinin dünən axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Şuşa şəhəri ətrafındakı mövqeləri atəşə tutub.