Kəlbəcər rayonunun Alagöllər sahəsində çovğun səbəbindən istiqaməti itirərək azan hərbçi baş leytenant Fuad Bağırovun axtarışı davam edir. Bu barədə yanvarın 31-də Müdafiə Nazirliyi məlumat yayıb.
Yanvarın 29-da hava şəraitinin qəfil dəyişməsi səbəbindən dörd hərbçi istiqaməti itirərək azıb. Həmin gün üç hərbçi: kiçik çavuş Cavad Hüseynov, əsgər Maşallah Hüseynov və əsgər Yasin Kərimov tapılıb.
Onlar helikopterlə təxliyə edilərək Bakıda yerləşən hərbi hospitala yerləşdirilib: “Hərbi qulluqçuların müalicəsi davam edir və sağlamlıqlarına heç bir təhlükə yoxdur”.