Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Həlak olan və yaralanan yoxdur. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bundan əlavə saat 11:18-dən 13:37-dək Gədəbəy rayonunun Qalakənd və Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.