Avqustun 21-də Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Həlak olan və yaralanan yoxdur. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qarşı tərəf cavab atəşilə susdurulub.