Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdərə istiqamətində Azərbaycan bölmələrinə qarşı təxribat cəhdinin qarşısı alınıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, mülki tibbi yardım maşınında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.
“İstənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı qətiyyətlə alınacaq”, - deyə Nazirlikdən bildirilib.