Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
AQTA-dan İnsanoid.com-a verilən məlumata görə, mətbəx və zalda baxış zamanı kustar üsulla doldurulmuş, saxtalaşdırma əlamətləri olan və sənədləri olmayan "Oneqin" markalı alkoqollu içkilər, yararlılıq müddəti bitmiş kolbasa, eləcə də etiketsiz turşu və pendir məhsulları aşkarlanıb.
Obyektin soyuducularında korroziyaya uğramış səthlər, izolyasiyasız su-kanalizasiya boruları, zəif havalandırma sistemi, sanitar-gigiyenik norma pozuntuları, təmizlənməyən avadanlıqlar və təlimsiz işçi heyəti də qeydə alınıb.
Aşkarlanan nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, sahibkara icrası məcburi göstərişlər verilib və araşdırmalar davam etdirilir.
[gallery size="full" ids="221265,221266,221267,221268,221269,221270"]